İstanbuldakı terrorla bağlı həbs edilənlərin sayı 30-a çatdı - 11-İ RUSİYA VƏTƏNDAŞIDIR

İstanbuldakı Atatürk Hava Limanında törədilən partlayışla əlaqədar saxlanılan daha 17 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 17 nəfərdən 11-i əcnəbidir (hamısı Rusiya vətəndaşıdır). Bununla da barəsində həbs qərarı verilənlərin sayı 30-a çatıb. Belə ki, bir gün əvvəl 4-ü əcnəbi olmaqla 13 nəfərin həbsinə qərar verilib. Onlardan biri Azərbaycan vətəndaşı Elçin Bünyadovdur.

 

Qeyd edək ki, iyunun 28-də Atatürk aeroportunda 3 kamikadzenin özünü partlatması nəticəsində 45 nəfər ölüb, 236 nəfər yaralanıb. Partlayışı İŞİD terror təşkilatına mənsub şəxslər törədib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR