NATO baş katibi: "Rusiya ilə Varşava sammitinə qədər..."

NATO-nun baş katibi alyansın Varşavada keçiriləcək sammitinin gündəliyini açıqlayıb.

 

APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, Yens Stoltenberq toplantıda əvvəlcə Polşa və Baltikyanı ölkələrdə Çevik Müdaxilə Briqadasının tərkibində dörd batalyonun yerləşdirilməsinin müzakirə olunacağını bildirib.
 

Baş katib paralel olaraq Moskva ilə açıq dialoqa hazır olduqlarını da bəyan edib: "Biz gələcəkdə Şərq Avropada müttəfiqlərimizin sərhədləri ərazisində hərbi aktivliyimizi gücləndirməkdə maraqlıyıq. NATO olaraq, Estoniya, Latviya, Litva və Polşada beynəlmiləl və etibarlı batalyonlar yerləşdirəcəyik. Məqsədimiz müttəfiqlərimizin müdafiəsini, regionda gərginliyin azaldılmasını təmin etməkdir. Biz üzərimizə düşən məsuliyyəti yaxşı anlayırıq, bununla yanaşı atdığımız addımların şəffaflığını da hiss etdiririk. Rusiya ilə müzakirəyə də hazırıq. NATO-Rusiya şurası dialoq və informasiya mübadiləsi sahəsində xüsusi rol oynayır. Çalışacağıq ki, Varşava sammitinə qədər bu şuranın növbəti iclasını təşkil edək". 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR