Bağdadda İran müxalifətinin bazası vuruldu
İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanına yaxın ərazi raket atəşinə məruz qalıb.
APA TV-nin "Reuters"ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 40-dan çox dinc sakin xəsarət alıb.
İlkin məlumata əsasən, hədəfdə hava limanının yaxınlığında yerləşən İranın müxalif “Mücahəddin Xalq" qruplaşmasının bazası olub. Raket zərbəsinin kim tərəfindən endirildiyi məlum deyil. "Mücahəddin Xalq” qruplaşması ötən əsrin 80-ci illərində İran-İraq müharibəsində Səddam Hüseynin tərəfində vuruşub.
Hadisə ilə əlaqədar İraq nəqliyyat nazirliyinin bəyanatında bildirilir ki, gərginlik aradan qaldırılıb və hazırda Bağdad aeroportu adi rejimdə işləyir.
OXŞAR XƏBƏRLƏR
15:18
862
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1823
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1830
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1050
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
681
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
784