Bakıda "Cola" zavodu partladı - YER YERİNDƏN OYNADI
Paytaxtın Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşən "Lider Cola" istehsalat müəssisəsində güclü partlayış baş verib.
APA TV-nin xəbərinə görə, hadisə zamanı müəssisədə heç kim olmayıb. Partlayış karbon qazı yığılıb saxlanılan çəndə baş verib. Nəticədə istehsalat müəssisəsi tamamilə yararsız hala düşüb.
Partlayış nəticəsində yaranan təzyiq dalğası ətrafda olan 3 evə zərər vurub. Evlərin damı, o cümlədən pəncərələr sınaraq yerə tökülüb. Bir evin içərisində olan çilçıraq isə qırılaraq yatağa düşüb. Ev sahiblərinin dediyinə görə, imsaka oyanıb həyətyanı əraziyə düşüblər. Elə hadisə də bu vaxt baş verib.
Partlayışdan dərhal sonra əraziyə FHN-in əməkdaşları, eləcə də Binəqədi Rayon Polis İdarəsinin rəisi və polis əməkdaşları gəlib.
Partlayış o qədər güclü olub ki, hadisənin baş verdiyi ərazidən bir neçə yüz metr aralıda, Biləcəri qəsəbəsində yerləşən ev də zərər görüb. Səbəb çənin bir qəlpəsinin ora düşməsi olub. Bundan başqa, yaxınlıqda yerləşən supermarketin şüşələri qırılaraq yerə düşüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək