ABŞ-ın ehtiyatları açıqlandı, neft ucuzlaşdı
Dünya bazarında neft ucuzlaşıb.
APA TV-nin məlumatına görə, səhər seanslarında "Brent" markalı neftin 1 barelinin dəyəri 0,53 dollar azalaraq 49,57 dollar olub.
Qərbi Texas neftinin də qiymətində ucuzlaşma müşahidə olunur. WTI neftinin qiyməti 1 barelə görə 0,80 dollar azalaraq 48,19 dollar təşkil edib.
Norveçin "Rystad Energy" konsaltinq şirkətinin yaydığı məlumata əsasən, ABŞ-ın neft ehtiyatları Rusiya və Səudiyyə Ərəbistanının ehtiyatlarından çoxdur. Belə ki, ABŞ-da neft ehtiyatları 264 milyard barel, Rusiyada 256 milyard barel, Səudiyyə Ərəbistanında isə 212 milyard barel təşkil edir. Bu xəbəri "Financial Times" qəzeti yaydıqdan sonra neft ucuzlaşmağa başlayıb.
OXŞAR XƏBƏRLƏR
15:18
862
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1823
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1830
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1050
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
681
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
784