Bakıda müəmmalı intihar: qadın özünü binadan atdı
Bakıda intihar hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Arif Heydərov küçəsindəki çoxmərtəbəli binadan qadın özünü atıb. O, binanın birinci mərtəbəsindəki mağazanın talvarının üstünə düşüb. Zərbənin gücündən talvar qırılıb və qadın yerə çırpılıb. O, hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb edilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, intihar edən qadın Sadıqova Zəhra Telman qızıdır.
Qonşular polis əməkdaşlarına bildiriblər ki, intihar edən qadını sonuncu dəfə günorta saatlarında həyətdə görüblər. Sonra binaya girən qadını görən olmayıb. Gecə saatlarında isə Zəhra Sadıqova özünü yerə atıb.
Faktla bağlı araşdırmalara başlanılıb. Qadının hansı səbəbdən intihar etdiyi dəqiqləşdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək