Mədinədə terror: ölənlər var

Səudiyyə Ərəbistanının Mədinə şəhərində terror aktı törədilib. APA TV-nin məlumatına görə, hadisə nəticəsində 6 nəfər ölüb.

 

İlkin məlumata görə, Mədinədəki Məcsid-i Nəbəvi məscidi yaxınlığında yerləşən mühafizə postuna hücum edilib. Təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı yönələn terror aktı nəticəsində 4 polis əməkdaşı və 2 mülki şəxs ölüb, 10 nəfər isə yaralanıb.

 

Şahidlər bildiriblər ki, partlayış nəticəsində məscidə ciddi ziyan dəyib, bölgədən tüstü yüksəlib.

 

Bundan bir qədər əvvəl isə iki terrorçu Səudiyyə Ərəbistanının Katif kəndində Şeyx Fərəc Əmran məscidinə hücum edib. Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR