İsrail televiziyası: Xocalıda qətliam törədənlər Njdeni ideal seçən cəlladlardır

İsrailin “Kanal 9” televiziyasında yayımlanan “Gəlin, danışaq” verilişində Ermənistanın paytaxtı İrəvanda ermənilərin “qəhrəmanı” Njde Qareginə abidə qoyulması məsələsi müzakirəyə çıxarılıb.

 

Verilişin aparıcısı, siyasətçi İosif Şaqal “İnsanlıq əleyhinə cinayət törətmiş şəxsi bir ölkə “milli qəhrəman” adlandıra bilərmi? Əgər belədirsə buna necə bəraət qazandırmaq olar?” sualı ilə veriliş iştirakçılarına müraciət edib.

 

Müzakirələrdə iştirak edən politexnoloq Oleq Levinski türklər, azərbaycanlılar və yəhudilərə qarşı kütləvi qətllərdə iştirak edən insana abidə qoyulmasının səbəbini ermənilərin öyünməyə əsl qəhrəmanının olmaması ilə bağlayıb.

 

İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri Arye Qut isə bildirib ki, faşist erməni generalına abidə qoyulması Holokost faciəsində ölənlərin xatirəsinə təhqirdir: “Njdeyə abidə qoyulması ilk belə hadisə deyil, bir neçə il öncə də Ermənistan keçmiş Sovet ölkələri arasında antisemitizmin yayıldığı ölkə kimi ilk yeri tutmuşdu. Antisemitizm Ermənistanda hər sahədə var - siyasətdə, mediada. Bu gün antisemitizm onların dövlət siyasətidir”.

 

A. Qut həmçinin, Xocalıda ermənilərin törətdiyi vəhşilikləri xatırladaraq bildirib ki, bu qətliamı törədənlər özlərinə Njdeni ideal seçən cəlladlardır.

 

Veriliş iştrakçıları bildiriblər ki, faşist erməni generalına abidə qoyulması açıq-aşkar faşizmin təbliğidir, ermənilərin vətənpərvərlik adı ilə  faşizmi təbliğ etməsidir. Həmçinin, qeyd edilib ki, Ermənistan rəhbərliyinin Njdenin abidəsinin açılış mərasimində iştirak etməsi bunu deməyə əsas verir  ki, onlar Njde Qareginin varisi olduqlarını nümayiş etdirirlər.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR