Bakıda 22 yaşlı qadının qətlinin təfərrüatı: mağazanın müdiri satıcısını sevirmiş
Bakıda 22 yaşlı qadının qətlinin təfərrüatı məlum olub. APA TV-nin məlumatına görə, hadisə Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində baş verib.
Yeraltı keçiddəki mağazada 22 yaşlı Gülpəri Rasim qızı Aslanlı qətlə yetirilib. Gənc qızın meyiti mağazanın içərisindən tapılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş verdiyi mağazada satıcı işləyən Gülpəri Aslanlının müdiri Vidadi Əziz oğlu Qarayev tərəfindən qətlə yetirildiyini müəyyən ediblər. Mağaza istintaq tədbirləri ilə əlaqədar bağlanıb, prokurorluq tərəfindən qapı və pəncərələr möhürlənib.
Məlumata görə, 1961-ci il təvəllüdlü Vidadi Qarayev mağazanı icarəyə götürüb. 22 yaşlı satıcı ilə 45 yaşlı müdir arasında sevgi münasibətlərinin olduğu, qətlin isə qısqanclıq zəminində törədildiyi bildirilir.
Tutulan Vidadi Qarayev Tərtər rayon sakini olan Gülpəri Aslanlı ilə bir müddət əvvəl tanış olduqlarını və aralarında münasibət yarandığını deyib. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.
Vidadi Qarayev 22 yaşlı bıçaqla qızın boğazına zərbə endirib. Gülpəri Aslanlı Tərtərdə dəfn edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək