Neftçala sakinindən 10 kq çətənə götürüldü
Neftçalada narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Neftçala Rayon Polis Şöbəsinin “Xaş-Xaş 2016” tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat tədbirləri zamanı Aşağı Qaramanlı kənd sakini, 1967-ci il təvəllüdlü Fərəcov Məhərrəm Kamil oğlunun həyətyanı sahəsindən ümumi çəkisi 10 kiloqram olan 43 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Aqrotexniki ekspertizanın rəyinə əsasən, çətənə kolları aqrotexniki qaydada qulluq edilməklə becərilib.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
862
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1823
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1830
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1050
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
681
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
784