Cəlilabadda üzüm bağı külə döndü
Cəlilabadda biçilmiş taxıl sahəsində baş verən yanğın üzüm bağına keçərək xeyli sayda tənəyi və bostan bitkisini məhv edib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb.
Məlum olmayan səbəbdən biçilmiş taxıl sahəsində başlayan yanğın tez bir zamanda hektarlarla ərazini əhatə edib. Yaxınlıqda çoxlu quru kol-kosun olması alovun qonşuluqdakı üzüm sahəsinə də keçməsinə şərait yaradıb. Nəticədə fermer Elçin Cahangirova məxsus üzüm bağında 2 hektara yaxın ərazidə əkilmiş bitkilər, eləcə də Fransadan gətirilərək yenicə əkilmiş xeyli sayda tinglər tamamilə yanaraq yarasız vəziyyətə düşüb.
Güclü alov dalğası həmçinin bostan sahəsinə də ciddi ziyan vurub, tarladakı qarpız tağları, eləcə də bir neçə tona yaxın yığılmamış məhsul yanaraq məhv olub.
Yanğın nəticəsində fermer Elçin Cahangirova ümumilikdə 5-6 min manat civarında maddi ziyan dəyib.
Qeyd edək ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinə vaxtında xəbər verilmədiyindən, yanğınsöndürənlər hadisəyə müdaxilə edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək