İstanbul aeroportunda azərbaycanlı 1 milyon dollarlıq zümrüdlə tutuldu
Xaricdən Türkiyəyə qaçaqmalçılıq yolu ilə zinət əşyası gətirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.
APA TV-nin Türlşng saytlarına istinadən verdiyi xəbərə görə, İstanbul polisinə Sabiha Gökçen Hava Limanından ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyası gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.
Məlumatla əlaqədar adı açıqlanmayan Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Onun aeroportun yük yerindən götürdüyü qutuya baxış keçirilərkən 5,5 kq xam vəziyyətdə olan zümrüd aşkarlanıb. Məlum olub ki, xam məhsul İstanbuldakı Qapalıçarşı Ticarət Mərkəzində hazırlandıqdan sonra satılmaq üçün ölkəyə göndərilib.
Qiymətli qaşın 1 milyon dollar dəyərində olduğu bildirilir.
Saxlanılan şəxs dindirildikdən sonra deportasiya edilməsi üçün İstanbul Polisinin Miqrasiya Xidmətinə göndərilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək