Kür çayından kişi meyiti tapıldı

Kür çayından naməlum kişi meyiti tapılıb. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Sabirabad rayonunun Şıx Salahlı kəndində qeydə alınıb.

 

Kür çayının həmin kənddən keçən hissəsində naməlum kişi meyiti aşkarlanıb. Hazırda meyiti tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Meyit müayinə olunmaq üçün Şirvan morquna təhvil verilib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR