Sabirabadda dəhşətli qəza: sürücü öldü, iki qardaş yaralandı

Sabirabadda ağır yol qəzası baş verib. APA TV-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində sürücü və iki qardaş ağır bədən xəsarətləri alıb.


Hadisə saat 00.20 radələrində Sabirabad rayonunun Qaratoğay kəndində baş verib. 1978-ci il təvəllüdlü Sabirabad sakini Hüseynov Kərim Süleyman oğlunun yüksək sürətlə idarə etdiyi “Fiat” markalı 10 TG 780 dövlət nömrə nişanlı şirkət avtomobili yoldan çıxaraq hasara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər, rayonun Həşimxanlı kənd sakinləri - 1985-ci il təvəllüdlü Röyal Akif oğlu Əsədov və qardaşı, 1982-ci il təvəllüdlü Xəyal Akif oğlu Əsədov ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Sürücü sonradan xəstəxanada dünyasını dəyişib.


Faktla bağlı Sabirabad rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR