Erməni vəhşəti: Azərbaycanın təbii sərvətləri talan edilir

Ermənilər  nəzarət etdiyi  Azərbaycan torpaqlarındakı təbii sərvətlərin talan olunmasını sürətləndirib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağdamın işğal altında olan Şahbulaq yüksəkliyində daş karxanalarının sayı günü-gündən artır.

 

Şahbulaq dağının ətəklərində tikinti üçün mişar daşlarının doğranması işini genişləndirən düşmən tərəf əldə olunan məhsulu Ermənistana daşıyır. Sözügedən ərazilərdə aparılan işləri təmas xəttinə yaxın olan yaşayış məntəqələrindən də açıq-aydın müşahidə etmək mümkündür.

 

Cəbhəyanı kənd sakini Bilal Hüseynov deyir ki, son bir ildə Şahbulaq dağ massivində qurulan daş karxanalarının sayı xeyli artıb: "Ağaran ləkə karyerdir. Orda daş kəsirlər. Amma qabaqlar elə şey yox idi. Son vaxtlar tam artıb, onlar orda işləyir, daş kəsirlər. Yol görünmür, böyük ehtimalla bizim hərbçilərin görməməsi üçün karxanaya yolu arxa tərəfdən çəkiblər". 

Müəllif | Apa.Tv
Zahid Abışov

OXŞAR XƏBƏRLƏR