İstanbul terroru ilə bağlı azərbaycanlı da həbs olundu

İstanbulun Atatürk hava limanında törədilən terrorla əlaqədar azərbaycanlı həbs olunub. APA TV-nin Vesti.az-a istinadən xəbərə görə, onun yalnız adı çəkilir.


Qətliamla bağlı polis 13 əcnəbini həbs edib. Onlardan birinin azərbaycanlı olduğu təsdiqlənib.

 

Xatırladaq ki, İstanbul aeroportunda iyunun 28-də baş verən terror nəticəsində 45 nəfər həyatını itirib. Türkiyə rəsmiləri terroru İŞİD-in törətdiyini iddia edib.
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR