Həftə sonu harada dincəlirsiniz ?- SORĞU
Çoxumuz səbirsizliklə həftə sonunu gözləyirik. Çünki bu, gərgin iş və ya dərs həftəsinin yekununda əldə etdiyimiz istirahət müddətidir. Hər kəs bu müddəti fərqli keçirir. Kimisi həftəsonunu evdə keçirməyə üstünlük verir, kimisi də dostları və ya ailəsi ilə birlikdə gəzməyə çıxır.
Görəsən, Bakı sakinləri həftəsonunu necə keçirirlər, harada dincəlirlər? APA TV paytaxtda bu sualla sorğu keçirib.
- Hələlik evdəyik, heç hara getmirik.
- Bağda.
- İşdə.
- Çox vaxt həyətdə uşaqlarla, ya da indi mövsümüdür, dəniz kənarına gedirik.
- Mən abituriyent olduğum üçün ancaq dərslərdə oluram.
- Hələ ki, işləyirik, dincəlməyə getməmişik.
- Həftəsonu ailəmlə bir yerdə rayona gedirik.
- İmtahanlara hazırlaşıram. Hələ ki, dincələ bilmirəm.
- Həftəsonu ancaq bağda istirahət edirik.
- Rəfiqəmlə gəzirəm. Ən çox "Mall"a gəlirəm.
- Evdə dincəlirəm, kitab oxumaqla məşğul oluram. İstidir, ona görə o qədər də çölə çıxmıram.
- Bağa gedirik, Novxanıda bağımız var. Dəniz qırağına gedirik, nəvə var, onunla məşğul oluruq.
- Öz evimizdə.
- Həftəsonu uşaqlarla oturub, iftar süfrəsi açırıq. İndi bayramdır.
- Qış Parkında otururuq. "Memar Əcəmi"yə gedirik.
- Evdə.
- Çox vaxt evdə, bəzən də dostlarla parka gedirik, idman edirik.
- Evdə, ev xanımı kimi.
- Bulvarın sərin bir guşəsinə çəkilirik. İstirahət edirik nəvələrlə.
- Həftəsonu gəzməklə, demək-gülməklə.
- Evdə uşaqla. Parka da gedirik.
Bununla belə, dincəlmədiyini deyənlər də var:
- Mən elə şey eləmirəm.
- Dincəlmirik, mən əlil adamam. Heç dincələ bilmirəm, ona görə ki, həyat tərzimiz, yaşayışımız çox çətindir.
- Yoxdur maddi imkanımız, ona görə heç yerə gedə bilmirik, 40 dərəcə istidə bişirik. Qiymətlər yaxşı olsaydı, biz də gedərdik ailəmizlə istirahətə.
- Bizdə dincəlməyə imkan var ki? Biz dincələ bilmərik axı. Kasıblar gərək həmişə işləsin, səhərdən axşama qədər. Həftəsonu da evin içində yorğunluğumuzu alırıq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək