Bakıda evi qarət olunan şəxs keçmiş polisdir, oğrular isə... - YENİLƏNİB
Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyunun 21-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Cahangir Əliyevin evindən 70 000 ABŞ dolları, 30 000 manat dəyərində qızıl əşyalar və sənəd oğurlamış Gürcüstan vətəndaşları Aqil Kərimov və Daşdəmir İsayev Suraxanı polisi tərəfindən tutulublar.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saxlanılan şəxslər ev sahibinin bacısı oğullarıdır. Onlar dayılarının evində külli miqdarda pul və qızılın olduğunu müəyyənləşdirdikdən sonra gizli yolla mənzilə daxil olaraq oğurluq ediblər.
Bildirilir ki, zərərçəkən Cahangir Əliyevin 78 yaşı var və ehtiyatda olan polkovnikdir.
![]()
Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib və barələrində cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək