Ciddədə ABŞ səfirliyi yaxınlığında terror aktı törədildi

Səudiyyə Ərəbistanında terror aktı törədilib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, terrorçu-kamikadze Ciddə şəhərində ABŞ konsulluğunun binası yaxınlığında özünü partladıb.

Mühafizə xidməti partlayışdan öncə yaxınlıqda gəzən şübhəli şəxsi müşahidə ediblər. Əməkdaşlardan iksi ona yaxınlaşan zaman o özünü partladıb. Hadisəni törədən şəxs parça-parça olub, mühafizəçilər isə xəsarətlər alıblar.

Hadisə iyulun 4-də ABŞ-ın Müstəqillik günündə baş verib.


Xatırladaq ki, Ciddədə ABŞ səfirliyi son dəfə 2004-cü ildə terrorçuların hədəfində olub. O zaman 3 əməkdaş həyatını itirmişdi.
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR