Kürdəmir sakini avtomobilində yanaraq öldü
Kürdəmir sakini idarə etdiyi avtomobildə yanıb.
APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə iyulun 3-də saat 16:00 radələrində Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Atakişili kəndindən keçən hissəsində baş verib.
Kürdəmir rayon sakini, 1964-cü il təvəllüdlü Əli Həsən oğlu Qaraşov idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə İmişli rayonu istiqamətində hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsində güclü yanğın baş verib. Qısa müddətdə yanğın bütün maşını əhatə edib. Nəticədə ağır yanıq xəsarəti alan sürücü ilə bərabər maşın və yol kənarında 3 kvadratmetr otluq ərazi yanıb.
Sürücü Ə.Qaraşov təcili olaraq yanıq xəsarəti ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti ağır olduğundan, Bakıya göndərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun daha geniş ərazini əhatə etməsinin qarşısı alınıb.
Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək