İsmayıllıda "Mercedes" aşdı: 3 ölü
İsmayıllı rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, İsmayıllının Qurbanəfəndi kəndi ərazisində qeydə alınıb.
Qəbələ rayonunun Vəndam qəsəbə sakini, 1984-cü il təvəllüdlü Alıyev Asim Müsavər oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü Asim Alıyev, sərnişinlər - 1983-cü il təvəllüdlü Mürsəlov Uğur Binyaz oğlu və 1987-ci il təvəllüdlü Həlimov Elbrus Elman oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Sürücünün qardaşı 1989-cu il təvəllüdlü Alıyev Rasim Müsavər oğlu müxtəlif dərəcəli xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək