Neft bahalaşır - SƏBƏB

Dünya bazarında neft bahalaşıb.

 

APA TV-nin məlumatına görə, "Brent"  markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar artaraq 50,37 dollar olub.

 

WTI neftinin qiyməti 1 barelə görə dəyişməyərək 48,99 dollar təşkil edib.


Neft OPEC və ABŞ rəsmi dairələrinin bəyanatlarından sonra bahalaşıb. Belə ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əv-Falih və OPEC-in baş katibi Məhəmməd Barkindo bildiriblər ki, neft bazarı balansa doğru hərəkət edir ki, bu da nefti bahalaşdırır. 

 

ABŞ-ın Energetika Nazirliyi də analoji fikirdədir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR