İŞİD Bağdadı qana boyadı: ölənlərin sayı 167-yə çatdı

Bağdadın Əl-Karrad rayonunda terror aktı nəticəsində ölənlərin sayı 167 nəfərə çatıb. APA TV-nin məlumatına görə, partlayışlar zamanı 170 nəfər də yaralanıb.

 

Bomba yüklü avtomobil şiə müsəlmanların dini mərkəzi yaxınlığında partladılıb. Bir müddət sonra “əş-Şəab” bazarı yaxınlığında ikinci partlayıcı qurğu işə salınıb. Partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

 

İraqın baş naziri Heydər əl-Abadi Bağdadda törədilən irimiqyaslı terror aktları ilə əlaqədar ölkədə üç günlük matəm elan edib. Əl-Abadi bildirib ki, terror aktlarını törədənlər mütləq layiqli cəzalarını alacaqlar.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR