Toni Bler İraqa müdaxiləyə görə cəzalandırıla bilər

İngiltərənin sabiq baş naziri Toni Bleyr məhkəmə qarşısında dayana bilər.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, deputatlar sabiq baş naziri İngiltərənin İraqa qanunsuz müdaxiləsi səbəbi ilə məsuliyyətə cəlb etməyə hazırlaşır.

 

Leyboristlər və şotland millətçiləri tərəfindən hazırlanmış müvafiq qanun layihəsi artıq İngiltərə parlamentinə təqdim edilib.

 

Məhkəmənin bu ittihamları təsdiqləyəcəyi təqdirdə, T.Bleyr yüksək dövlət vəzifəsi tutmaq hüququndan ömürlük məhrum ediləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR