Bakıda çay evi yandı

Ötən gün aşam saatlarında Bakıda çay evi yanıb. APA TV-nin məlumatına görə,  hadisə Binəqədi rayonu, 8-ci mikrorayonda baş verib.

 

Yanğın zamanı çay evində müştərilər olsa da, xəsarət alan olmayıb. Yanğın nəticəsində  çay evinin içərisi və dam örtüyü tamamilə yanıb.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası gəlib. Yanğına dərhal müdaxilə edilib və alovun genişlənməsinin qarşısı alınıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR