Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dəyişməyib. Mərkəzi Bank dolların kursunu 1,5425 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro manat qarşısında dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,7176 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun da məzənnəsi artıb. Hazırda 1000 Rusiya rublu 24 manat 20 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR