Tovuzda 22 yaşlı gənc suda batdı

Tovuzda 22 yaşlı gənc suda boğulub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Tovuz çay su anbarında qeydə alınıb.

 

Rayonun Dönük Qırıqlı kənd sakini, 22 yaşlı Yaşar Hümbətov dostları ilə çimməyə gedib. Yaşar onlarla zarafatlaşaraq suya baş vurub. Qəfildən onun batdığını görən dostlar gənci xilas edə bilməyiblər. Yaşar Hümbətovun cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR