Şəkidə hakim köməkçisi intihara cəhd etdi
Şəkidə intihara cəhd olub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şin kəndində qeydə alınıb.
Kənd sakini, 1985-ci il təvəllüdlü Spartak İsmayılov özünü Kiş çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S.İsmayılov Şəki Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyib. Onun külli miqdarda borcu olduğu üçün intihara cəhd etdiyi bildirilir.
Məhkəmədən APA-ya verilən məlumata görə, əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyən Spartak İsmayılov bu ilin martında öz ərizəsi ilə işdən çıxarılıb. Hazırda o rayonda fəaliyyət göstərən banklardan birində hüquqşünas vəzifəsində çalışır.
OXŞAR XƏBƏRLƏR
15:18
873
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1834
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1840
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1052
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
684
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
786