Sərxoş sürücü: "Allaha and olsun, bir bakal pivə içmişəm" - POLİS REYDİ
İstirahətə gedib içkili halda sükan arxasına əyləşənlər, sənədsiz maşın sürənlər, polislə mübahisə edənlər.... Gəncə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən istirahət zonası olan Hacıkənd qəsəbəsində keçirilən reyddə xeyli sayda qayda pozuntusu aşkar edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, tibb işçilərinin də iştirakı ilə keçirilən reyddə spirtli içki müayinəsi aparılıb və sərxoş sürücülər aşkar edilib.
Aşkar edilən sərxoş sürücülərin əksəriyyəti cəmi bir bakal pivə içdiklərini iddia ediblər: "Allaha and olsun, bir bakal pivə içmişəm. "Prosto" təcili bir iş vardı, onun dalınca gedirdim. Götürüb qayıdasıydım".
Bəziləri isə spirtli içkinin təsirindən hətta yaşadığı ünvanı deməkdə çətinlik çəkib: "Türallah kəndini tanımırsız? Bəs onda mənim maşınımı niyə saxlayırsız? Başımı xarab eləmə, onsuz da bütün günü başım xarab olub".
Bir çoxları həmişə olduğu kimi, telefon zəngi ilə vəziyyətdən çıxmağa çalışıb. Polislə mübahisə edənlər qanun keşikçilərinə qaydaları öyrətməyə də çalışıb.
Reydlərin yay mövsümü boyunca vaxtaşırı davam etdiriləcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək