Kafedə dəhşət: arvadını və digər 4 müştərini öldürdü

Serbiyanın Zrenyanin şəhərində kafeyə silahlı hücum edilib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, silahlı insident nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

Əlində avtomat silah olan şəxs kafeyə daxil olaraq müştərilərə atəş açıb. Dərhal yaxınlıqda olan polislər hadisə yerinə gəlib və həmin şəxsi tutublar.

Məlum olub ki, o, kafedə olan həyat yoldaşını və onun yanında əyləşən digər bir qadını hədəf götürüb. Lakin bundan sonra silahlı digər insanları da güllələyib.

Araşdırma aparılır.


Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR