Aydın Əliyev Ağdaşda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 2-də Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində bölgə vətəndaşlarını qəbul edib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, qəbulda komitə sədri Aydın Əliyev Ağdaş, Göyçay, Yevlax və Ucar rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

 

Vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı Dövlət Gömrük Komitəsinin sədri hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşıb, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

 

Qəbulda qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR