Çexiya Aİ və NATO-dan çıxa bilər - "BREXİT" ZƏNCİRİ

Böyük Britaniyadan sonra Çexiyada da Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı referendum keçirilə bilər.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, ölkə prezidenti Miloş Zeman belə bir təkliflə çıxış edib.

 

Çex prezident belə bir referendum keçirilərsə, ölkənin hər iki qurumda qalmasına səs verəcəyini bildirib.

"Mən Avropa İttifaqından çıxmağa səs verənlərlə razı deyiləm, amma həmin fikirdə olan insanlara mövqelərini bildirmək üçün şərait yaratmaq lazımdır. Bu, həm də NATO üzvlüyünə aiddir", - deyə Zeman qeyd edib.

Çexiya qanunvericiliyinə görə, Zemanın siyasi xadim kimi kifayət qədər nüfuzu olsa da, prezidentin belə referendum təşkil etməyə səlahiyyəti yoxdur. Bunun üçün konstitusiyaya dəyişiklik edilməlidir. Hökumətin isə belə bir addım atmaq niyyəti yoxdur.

"Çexiyanın Avropa İttifaqına və NATO-ya üzv olması ölkənin təhlükəsizliyinin və sabitliyin qarantıdır", - deyə Nazirlər Kabinetindən bildirilib.


 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR