Putin Finlandiya prezidentinin iqamətgahında Finlandiyanı hədələdi

"Əgər Finlandiya NATO-ya üzv olarsa Rusiya şimal sərhədinə güclü ordu yığmağa məcbur olacaq". APA TV-nin Rusiya istinadən xəbərinə görə, bu bəyanatı Rusiya prezidenti Vladimir Putin Finlandiyaya səfəri çərçivəsində verib.

Finlandiyanın alyansa üzv olmaq məsələsi Finlandiya prezidenti Sauli Niinste ilə birgə mətbuat konfransında müzakirə edilib. Kreml rəhbəri bunu Rusiya sərhədlərində yaranacaq çox ciddi təhlükə adlandırıb.

"Fin dostlarımdan biri mənə dedi ki, NATO böyük məmnuniyyətlə Rusiya ilə sonuncu fin əsgərinin öldürülməsinə qədər müharibə aparmaq niyyətindədir. İndi soruşuram, bu sizə lazımdır? Bizə qətiyyən lazım deyil", - deyə Putin bildirib.

Rusiya rəhbəri deyib ki, Avropanın şərqində yerləşən bəzi ölkələrin atdığı addımlar da gərginlik yaratmağa hesablanıb. O, xüsusilə Rumıniyada yerləşdirilən Rusiyanın nüvə potensialına qarşı antiraket radarlarına diqqət çəkib. NATO isə bu addımları Rusiya deyil, İranın nüvə zərbəsi təhlükəsinə qarşı atıldığını iddia edir.


Xatırladaq ki, mətbuat konfransı iyulun 1-də Finlandiya prezidentinin Naantali şəhəri yaxınlığındakı iqamətgahda keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR