Bakıda 32 yaşlı kişi binanın həyətində özünü asdı

Bakıda 32 yaşlı kişi özünü asıb. APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində, Xarici dairəvi küçəsində baş verib.

 

Abay Kunanbayev küçəsində yaşayan 1984-cü il təvəllüdlü Kazımov Vüqar Sabir oğlu yaşadığı binanın yaxınlığında, Xarici dairəvi küçəsindəki binalardan birinin həyətinə gəlib. O, gecə saatlarında həyətdəki skamyalardan birində oturub, bir neçə siqaret çəkib. Daha sonra Vüqar Kazımov özü ilə gətirdiyi kəndirlə binanın həyətyanı sahəsindəki ağaclarжn birindən özünü asıb. Gecə həyətdə adam olmadığından, 32 yaşlı kişinin özünü asdığını heç kim görməyib.

 

Bir qədər sonra həmin yerdən keçən sakinlər Vüqar Kazımovu ağacdan asılmış vəziyyətdə görüblər. Onlar onun özünü asdığı kəndiri kəssələr də, artıq gec olub.

 

Hadisə barədə Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib. Əraziyə gələn polis əməkdaşları Vüqar Kazımovun öldüyünü müəyyənləşdiriblər.

 

32 yaşlı kişinin niyə intihar etdiyi məlum deyil. İlkin məlumata görə, Vüqar Kazımov ruhi xəstə anası ilə birlikdə yaşayırmış.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR