Göyçayda 3 otaqlı ev yandı

Göyçay rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərinin Ziya Bünyadov küçəsindəki 1 saylı evdə qeydə alınıb.

 

Ev sahibi, 1948-ci il təvəllüdlü Xəlilov Qurban Xəlil oğluna məxsus mənzildə başlayan yanğın qısa vaxtda geniş ərazini əhatə edib. Dərhal əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

 

Hadisə zamanı ümumi sahəsi 80 kvadratmetr olan 3 otaqlı evin 30 kvadratmetrlik hissəsi içərisindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı tez bir zamanda alınıb və evin tamamilə yanmasına imkan verilməyib. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR