Göyçayda 53 yaşlı kişi su kanalında boğuldu
Göyçay sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçayın Şıxbəy kəndi ərazisində qeydə alınıb.
Rayonun Qızılağac kənd sakini, 1963-cü il təvəllüdlü Eldəniz Cavad oğlu Məmmədov dostları ilə yemək yeyərkən spirtli içki qəbul edib və isti havada sərinlənmək üçün Şıxbəy beton su kanalında çimmək istəyib. O, suda çimərkən ehtiyatsızlıq edib və boğulub.
Dünyasını dəyişən Eldəniz Məmmədovun meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq, Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə verilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
937
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1898
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1901
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1057
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
687
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
789