Rusiya təyyarəsi yoxa çıxdı
Rusiyanın İrkutsk vilayətində ölkənin Fövqəladə Hallar Nazirliyinə məxsus "İL-76" təyyarəsi radarlardan itib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, göyərtəsində ekipaj üzvləri də daxil olmaqla, 10 nəfərin olduğu təyyarə Kaçuq rayonu ərazisindəki meşə yanğınlarının söndürülməsi ilə məşğul olub.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hava gəmisi sonuncu dəfə yerli vaxtla 5:54 radələrində dispetçer məntəqəsi ilə əlaqə saxlayıb. Saat 6:30-dan etibarən isə 3000 metr yüksəklikdə hərəkət edən təyyarənin ekipajı ilə bağlantı itib.
"İL-76"-nın kəskin hava şəraiti səbəbindən istiqaməti itirdiyi və meşəlik ərazidəki ağaclara çırpıldığı ehtimal olunur. Təyyarənin axtarışlarına "Mi-26" helikopteri cəlb edilib.
Qeyd edək ki, İrkutskda tüğyan edən meşə yanğınları təyyarənin axtarışlarını bir qədər də çətinləşdirir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək