Putin: "Tramp işıqlı adamdır"
"Biz ABŞ-ın gələcəkdə seçiləcək istənilən prezidenti ilə işləməyə hazırıq". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu açıqlamanı Vladimir Putin verib.
"Kreml amerikalıların seçiminə hörmətlə yanaşacaq. Amma Ağ Ev-in gələcək sahibi bilməlidir ki, bizimlə əməkdaşlıq etmək istəyəcəksə, bu, onların diktəsi ilə baş tutmayacaq. Rusiyaya təzyiqlərə son verilməli, həmçinin sanksiyalar aradan götürülməlidir. Biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq. Qarşılıqlı maraqlara hörmət edilməlidir. Yalnız bu halda bir yerdə işləmək olar", - deyə, Putin qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti ABŞ-ın dünyada yeganə supergüc olduğunu bəyan edib və prezidentliyə namizəd Donald Trampı işıqlı adam adlandırıb. O bunu, Trampın bir neçə dəfə Rusiya-ABŞ münasibətlərinin bərabər səviyyədə bərpa edilməsini vacib sayması ilə əlaqələndirib.
Putin Amerikanın seçki sistemini də tənqid edib. Kreml rəhbəri vurğulayıb ki, adı çəkilən ölkədə səslərin böyük əksəriyyətini toplayan namizəd sonda qalib olmaya bilər.
Bununla yanaşı, o, ABŞ-ın daxili məsələlərinə heç vaxt qarışmaq fikrində olmadığını bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək