Portuqaliya ilk yarımfinalçı oldu - PENALTİLƏRLƏ

AÇ-2016-da 1/4 final mərhələsinə start verilib. APA TV-nin məlumatına görə, ilk yarımfinalçının adı Polşa və Portuqaliya yığmaları arasında keçirilən matçdan sonra müəyyənləşib.

 

Çempionatın maraqlı komandalarından olan Polşa birinciliklə vidalaşmalı olub. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Polşa millisinin kapitanı Levandovski 2-ci dәqiqәdә hesabı açıb. Portuqaliya 33-cü dәqiqәdə Renato Sançesin qolu ilə hesabı bərabərləşdirib.


Oyunun birinci hissəsi  bərabərliklə bitib. İkinci hissənin əsas vaxtında qol olmayıb.  Hesab bərabər olduğundan, oyunda əlavə  vaxt oynanılıb. Əlavə vaxtda da qol olmadığından, penaltilər seriyası keçirilib.


Oyun penaltilər seriyası Portuqaliyanın qələbəsi ilə başa çatıb. Beləliklə, Portuqaliya yarımfinala yüksələn ilk komanda olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR