Con Kerri prezident İlham Əliyevə zəng edib
ABŞ dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. APA TV-nin məlumatına görə, telefon danışığı zamanı Dağlıq Qarabağ zonasında vəziyyətlə bağlı müzakirə aparılıb.
Kerri son həftələrdə təmas xətti boyu atəşkəs rejiminə əməl edilməsinin müsbət hal olduğunu qeyd edib. Dövlət katibi həmçinin ABŞ-ın münaqişənin hərtərəfli həllinə dəstək verməyə hazır olduğunu təsdiqləyib və prezidentləri ATƏT Minsk Qrupunun vasitəçiliyi ilə danışıqları davam etdirməyə çağırıb.
Dövlət Departamentinin məlumatına görə, Con Kerri Ermənistan prezidenti ilə də əlaqə saxlayıb. O, Serj Sarkisyanı sülh prosesinin irəliləməsi üçün vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR
15:18
936
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1897
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1901
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1057
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
687
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
789