Sabunçuda iki tanış arasındakı mübahisə qanlı bitdi
Sabunçu rayonunda tanışların mübahisəsi bıçaqlanma ilə nəticələnib. APA TV-nin məlumatına görə, hadisə Bakıxanov qəsəbəsi Xasməmmədov 1 ünvanında baş verib.
32 yaşlı Əziz Azay oğlu Məmmədovun yaşadığı məhəllədə tanışı ilə mübahisəsi düşüb. Mübahisə əlbəyaxa davaya çevriləndə Əziz Məmmədovun tanışı cibindən çıxardığı bıçaqla ona xəsarətlər yetirib. Daha sonra o, hadisə yerindən qaçıb. Yaralı qonşularının köməkliyi ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.
Hadisə barədə Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat verilib. Polisdən verilən məlumata görə, hadisəni törədən şəxsin kimliyi müəyyən edilib. Onun tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Faktla əlaqədar cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək