Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb
İyunun 28-də İstanbulda baş vermiş terror hadisəsi ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində açılan xatirə kitabının imzalanma mərasimi keçirilir.
APA TV-nin məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazırlar.
İmzalanma mərasimi axşam saat 18:00-dək davam edəcək.
Gün ərzində Azərbaycanın dövlət və hökumət üzvlərinin, ictimaiyyət nümayəndələrinin, vətəndaşların səfirliyi ziyarət etməsi gözlənilir.
Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanında 3 kamikadzenin törətdiyi terrorda 42 nəfər ölüb, 239 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR
15:18
944
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1907
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1908
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1059
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
688
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
790