Balakəndə "KamAZ" yandı

Balakəndə içərisində ot bağlamaları olan "KamAZ" markalı yük maşını elektrik naqillərinə dəyməsi nəticəsində yanıb.

 

APA TV-nin məlumatına görə, hadisə iyunun 29-da axşam saat 22:00 radələrində rayonun Katex kəndi ərazisində baş verib.

 

Katex kənd sakini Əli Məxləsovun idarə etdiyi “KamAZ” markalı, 50 CG 854 dövlət nömrə nişanlı yük maşınında yanğın baş verib. Hadisə yerinə FHN-in Balakən və Zaqatala rayon Dövlət Yanğından Mühafizə hissələrinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində yük maşınının yanar konstruksiyaları və banında olan 2 ton ot yanaraq yararsız hala düşüb. Yaxınlıqdakı tikililər isə yanğından mühafizə edilib.


Sürücü Əli Məxləsovun APA TV-yə verdiyi məlumata görə, özünün idarə etdiyi, lakin Bakıda fəaliyyət göstərən şirkətlərdən birinə məxsus "KamAZ" markalı maşınla qonşusuna məxsus ot sahəsindən qonşusu üçün ot bağlamaları gətirən zaman yük maşını ərazidən keçən elektrik naqillərinə dəyib. Bu zaman naqildə baş verən qısa qapanma səbəbindən yaranan qığılcım yanğına səbəb olub.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR