Avtobusların qənimi şərikinə əsəbiləşdi: "Sənin yanında nə azarım vardı?"
Yasamal RPİ-nin əməkdaşları axtarışda olan Çingiz Məmmədov və Samir Kərimovu yaxalayıblar.
APA TV-nin xəbərinə görə, aralarında kifayət qədər yaş fərqi olsa da, qrup şəklində fəaliyyət göstərən dostlar gecələr ərazidə olan mikroavtobusların ehtiyat hissələrini xüsusi açarlarla açıb, özləri ilə gələn maşına yükləyərək hadisə yerindən uzaqlaşıblar.
Samir Kərimov işinin sürücülükdən ibarət olduğunu bildirib: "Mən sırf maşın idarə edirdim. Sökmə işinə isə Çingiz baxırdı. Çingizlə bir yerdə işləmişik 5 gün. Bilirdim cinayətdir. İmkansızlıqdan, bir az da ağılsızlıqdan bu yola getmişəm. Kim istəyər ki, evli ola-ola, balası ola-ola gəlib yatsın təcridxanada?"
Müstəntiq Ülvi Abdullayev hər iki şəxsin cinayətinin sübuta yetirildiyini söyləyib: "Yasamal rayonu ərazisində vətəndaşlara məxsus mikroavtobusların detallarını gizli yolla talayıblar. Hər iki şəxs şübhəli şəxs qismində tutulub".
İstintaqla müəyyən edilib ki, cütlük təkcə Yasamal rayonu ərazisində 6 maşının ehtiyat hissəsini sökərək oğurlayıb, sonra onu müştərilərə münasib qiymətə satıblar. Çingizin sözlərinə görə, Samirlə maşın təmiri sexində bir yerdə işləyiblər. Tanışlıqları da oradan başlayıb. Samirin ifadəsində özünü törədilən cinayətdə yalnız sürücü kimi təqdim etməsi əvvəllər məhkum olunmuş Çingiz Məmmədovu hövsələn çıxarıb: "Sənin rolun orda olmasa, sən mənim yanında neynirsən? Bu əşyanı səninlə bir yerdə götürməmişəmsə, sənin yanında nə azarım var? Mənə başa sala bilərsiz? Bir yerdə olmuşuq. İşi də bir yerdə görmüşük".
Dəstənin analoji cinayətlərdə iştirakı istisna olunmur. Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək