İstanbul terrorunda yaralananlardan son xəbər: vəziyyəti çox ağır olanlar var
Türkiyənin səhiyyə naziri Rəcəb Ağdağ İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində yaralananların vəziyyəti ilə bağlı son məlumatları açıqlayıb. APA TV-nin məlumatına görə, nazir bildirib ki, xəstəxanalara 250-yə yaxın yaralı aparılıb:
“Hazırda xəstəxanalarımızda 128 nəfər var. Onlardan 41-i reanimasiyadadır. Amma reanimasiyada olanların hamısının həyati təhlükəsi yoxdur. Həyati təhlükəsi olanlar da var”
Nazir məlumat verib ki, yaralılar arasında müxtəlif ölkəkələrin vətəndaşları var.
Rəcəb Ağdağın sözlərinə görə, terror aktı baş verdikdən cəmi 3 dəqiqə sonra ilk təcili yardım briqadası hadisə yerinə çatıb. 10 dəqiqə sonra 11, daha sonra isə onlarla ambulans Atatürk hava limanındakı yaralıların köməyinə gedib.
OXŞAR XƏBƏRLƏR
15:18
953
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1916
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1916
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1061
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
690
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
794