ORXAN ZEYNALOV: "ŞERBAKOV MƏNİ ÖLDÜRMƏK İSTƏYİRDİ"
Moskvalı İqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalov hərəkətini özünümüdafiə ilə izah edib. APA TV-nin xəbərinə görə, Orxan Zeynalov həbsindən sonrakı müsahibəsində İqor Şerbakovu öldürmək istəmədiyini söyləyib. Həmyerlimiz vurğulayıb ki, əksinə, İqor Şerbakov onu öldürmək istəyirmiş.
Zeynalovun həmkəndlisi, Pokrovski meyvə-tərəvəz bazasının işçisi Əli Məmmədov jurnalistlərlə söhbətində Şerbakovu konflikti qızışdırmaqda ittiham edib. Onun sözlərinə görə, Zeynalov əvvəllər Şerbakovla tanışlığı olmuş qızı evinə ötürürmüş və binanın qapısında təsadüfən onunla rastlaşıb. Nəticədə mübahisə yaranıb və o, öldürülüb.
Rəsmi versiya isə bunun əksini deyir: qızı Zeynalov deyil, Şerbakov ötürürmüş və məhz Zeynalov onlara "ilişib".
İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin Orxan Zeynalovun həbs edilib-edilməyəcəyinin cümə axşamı məlum olacağını deyib. Zeynalovun ərizə ilə müraciətinə oktyabrın 17-də baxılacaq. Eyni zamanda Markin bildirib ki, hazırda onun üçün tərcüməçi də ayrılıb.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"