Türkiyəyə "turist qadağası" qaldırılır - İLK ADDIM PUTİNDƏN

Kreml Rusiya və Türkiyə prezidentləri arasındakı telefon söhbətinin təfərrüatları barədə açıqlama verib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, açıqlamada bildirilir ki, danışıqlardan sonra Rusiyanın dövlət başçısı Vladimir Putin hökumətə Türkiyə ilə iqtisadi-ticarət və digər sahələrdə ikitərəfli münasibətlərin normallaşması üçün tədbirlər görülməsi barəsində tapşırıq verib.

 

Eyni zamanda prezident Putin rus turistlərin Türkiyəyə səfər etmələrinə tətbiq olunan qadağanın aradan qaldırılmasını tapşırıb.

 

Həmçinin Rusiya və Türkiyə XİN başçılarının iyulun 1-də Soçidə görüşü razılaşdırılıb. Bu görüşdə regiondakı vəziyyət, Suriya böhranı və Rusiya-Türkiyə əlaqələrinin gələcək inkişafı məsələləri müzakirə olunacaq. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR