QUSARDA POLİSƏ SİLAHLI BASQIN: Bir zabit öldürülüb, 3 polis yaralanıb
Qusarda silahlı insident baş verib. Baş verən insident nəticəsində bir polis zabiti ölüb, 3 polis əməkdaşı isə yaralanıb.
APA-nın məlumatına görə, polisə axtarışda olan şəxslərdən birinin rayona dönməsi barədə məlumat daxil olub. Asayiş keşikçiləri axtarışda olan şəxsin gizləndiyi evə gəliblər. Bu zaman evdə olan bir neçə nəfər hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına qəflətən hücum ediblər. Nəticədə polis mayoru Qalib Quliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha 3 polis əməkdaşı - Mövlud Əliyev, Cəmil Nəsirov və Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Polisə silahlı basqın edənlər hadisə yerindən qaçmağa müvəffəq olublar. İstintaq araşdırması davam edir. Qusar polisi silahlı basqında iştirak edən şəxslərin tapılması üçün əməliyyat tədbirlərini davam etdirir. Rayonun bütün giriş-çıxış yollarına polis postları qurulub. Yaralanan polis əməkdaşlarını əməliyyat etmək üçün bölgəyə Daxili İşlər Nazirliyinin peşəkar həkim briqadası ezam olunub.
Qusar rayon Polis Şöbəsindən bildirilib ki, polis əməkdaşları Mövlud Əliyev və Cəmil Nəsirovun üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Onların vəziyyətinin stabil olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR
18:39
283
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
284
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
269
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
979
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1002
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1243