Gəncədə iki maşın toqquşdu, 2 yaşlı uşaq yaralandı
Gəncədə 2 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsinə gedən yolda qeydə alınıb.
“VAZ-21099” və “QAZ-31” markalı avtomobillərin toqquşması nəticəsində birinci avtomobildə olan 2 yaşlı Ayşən Elməddin qızı Məmmədova xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Uşağa kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
953
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1916
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1916
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1061
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
690
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
794