Sumqayıtda daha bir dəhşətli qəza: 2 nəfər öldü
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi “Hyundai” markalı və şəhər sakini Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “Isuzu” markalı avtomobillər toqquşub.
Nəticədə R.Tahirov və sərnişinlərindən Əzizə Əzimova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
15:18
953
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1916
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1916
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1061
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
690
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
794